Ərdoğan seçkidən sonrakı planlarını AÇIQLADI 

Hazırda oxunan: Ərdoğan seçkidən sonrakı planlarını AÇIQLADI 

130185

“Gələcək dövrdə prioritetimiz fevralın 6-da baş vermiş zəlzələnin nəticələrini aradan qaldırmaqdır".

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının seçki platforması və millət vəkilliyinə namizədlərinin ictimaiyyətə təqdim olunması mərasimində deyib.

O bildirib ki, vətəndaşların can və mal təhlükəsizliyi hakimiyyət üçün ən vacib məqamdır:

“Şəhərlərimizi təbii fəlakətlərə qarşı daha hazırlıqlı vəziyyətə gətirməyə çalışacağıq”.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Hadisə nəticəsində 50 mindən çox insan həlak olub.
Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin