"Ukraynanı müharibədən sonra çətin dövr gözləyir. Bu dövr müharibə dövründən də çətin olacaq".
Bizim.Media xəbər verir ki, bu fikirləri Ukrayna Prezident Aparatının keçmiş müşaviri Aleksey Arestoviç yerli telekanala müsahibəsində deyib.
Onun fikrincə, Ukrayna aşağıdakı problemlərlə üzləşəcək:
• 12 milyon qaçqın,
• dağılmış iqtisadiyyat,
• böyük xarici borc,
• sosial yük,
• travma alan yüz minlərlə insanın cəbhədən qayıtması,
• böyük minalanmış sahə.
Bizim.Media