Kamçatkada Şiveluç vulkanı püskürüb, nəticədə yaranan kül buludu 500 kilometr şimal-qərbə doğru yayılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutundan məlumat verilib.
“Kül buludu Şiveluçdan 500 kilometr şimal-qərbə doğru uzanır və yayılmağa davam edir. Hazırda Ust-Kamçatski vilayətinin Klyuçi və Kozırevsk kəndlərində kül yağıntıları intensivləşir. Əhali təşvişə düşüb”, - institutun direktoru Aleksey Ozerov bildirib.
Bizim.Media