Yaponiya Rusiyaya qarşı sanksiyaları GÜCLƏNDİRİR 

Hazırda oxunan: Yaponiya Rusiyaya qarşı sanksiyaları GÜCLƏNDİRİR 

130048

Tokio G7 (“Böyük Yeddilik”) çərçivəsində, eləcə də Kiyevin müttəfiqləri ilə geniş əməkdaşlıq çərçivəsində Rusiyaya qarşı sərt məhdudiyyətlər qoymağa və Ukraynaya yardım göstərməyə davam edəcək. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya hökumətinin baş katibi Hirokazu Matsuno bu gün keçirdiyi mətbuat konfransında bildirib. 

“Ukraynadakı vəziyyətə gəlincə, qanunun aliliyinə əsaslanan dünya nizamını qorumaq üçün Yaponiya G7-nin sədri və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi “yeddilik” ölkələri və beynəlxalq ictimaiyyətlə əməkdaşlığa davam edərək Rusiyaya qarşı sərt tədbirlər görməyə davam edəcək və Ukraynaya yardımı gücləndirəcək”, - deyə Nazirlər Kabinetinin nümayəndəsi qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin