Türkiyə hökuməti müdafiə sənayesi müəssisələrinin ümumi büdcəsini artıraraq 75 milyard dollara çatdırmaq niyyətindədir.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Anadolu” adlı ilk yerli desant gəmisinin Silahlı Qüvvələrə təhvil verilməsi mərasimində çıxışı zamanı deyib.
“Müdafiə sənayesi layihələrinin sayı 62-dən 750-yə, kompaniyaların sayı isə 56-dan 2 min 700-ə yüksəlib. 2002-ci ildə biz hakimiyyətə gələndə 5,5 milyard dollarlıq müdafiə layihəsi üzərində işlər gedirdi. Hazırda bu rəqəm 60 milyard dolları ötüb. Tenderlər mərhələsində olan layihələr nəzərə alınsa, gələcəkdə müdafiə sənayesi büdcəsini 75 milyard dollara çatdıracağıq”, - deyə Ərdoğan bildirib.
Onun sözlərinə görə, maliyyələşmənin artırılması bütün sahələrdə yeni sıçrayışlara səbəb olacaq.
“Biz müdafiə sahəsində xarici asılılığın nəzərəçarpacaq dərəcədə azaldılmasına nail olmuşuq. Hazırda yerli və milli istehsalımız 80 faizə çatıb. Biz nəinki texnika, eyni zamanda sursat da istehsal edirik. Məhsullarımıza həm daxildə, həm də ölkə xaricində tələbat var”, - deyə Türkiyə rəhbəri vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:55 / 10.04.2023
Ərdoğan: “Türkiyənin müdafiə sənayesinin büdcəsi 75 milyard dollara çatacaq”
Hazırda oxunan: Ərdoğan: “Türkiyənin müdafiə sənayesinin büdcəsi 75 milyard dollara çatacaq”
Hazırda oxunan: Ərdoğan: “Türkiyənin müdafiə sənayesinin büdcəsi 75 milyard dollara çatacaq”
130013
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.