Kubaya qarşı sanksiyaların müddəti uzadıldı - Baydendən yeni bir QƏRAR

Hazırda oxunan: Kubaya qarşı sanksiyaların müddəti uzadıldı - Baydendən yeni bir QƏRAR

12983

ABŞ prezidenti Cozef Bayden Kubaya qarşı sanksiyaların müddətini artırıb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, söhbət 1996-cı ilə qəbul olunmuş, 2004, 2016 və 2018-ci illərdə əlavələr edilmiş sanksiyalar rejimindən gedir.

 

MÖVZU İLƏ BAĞLI:

Bayden Gürcüstanda Saakaşvilini istəyir – Region necə dəyişəcək?

​​​​​​​
Ağ Evin mətbuat xidməti məlumatı təsdiqləyib.

Xüsusi halda Bayden ABŞ-da qeydiyyatdan keçmiş gəmilərin, ABŞ hakimiyyətinin icazəsi olmadan Kubanın ərazi sularına girişinə qoyulan qadağanı təsdiqləyib, çünki bu, "Kubadan kütləvi köçə" səbəb ola bilər.

Baydenin vitse-prezident olduğu Barak Obama administrasiyası Kubaya qarşı bir sıra sanksiyaları ləğv edib və münasibətləri yaxşılaşdırmaq üçün bəzi addımlar atıb.

Donald Trampın prezidentliyi dövründə ABŞ Kubaya qarşı bir çox sanksiyaları bərpa edib. Eyni zamanda, Konqresin tətbiq etdiyi ticarət embarqosu yarım əsrdən çoxdur dəyişməz olaraq qalır.

Bayden hələlik Trampın Kuba ilə bağlı siyasətinə yenidən baxıldığını göstərən heç bir addım atmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin