Tbilisidə müxalifət yenə küçələrə axışdı - VİDEO

Hazırda oxunan: Tbilisidə müxalifət yenə küçələrə axışdı - VİDEO

129801

Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” partiyası Tbilisinin mərkəzində parlament binası qarşısında aksiya keçirir.

Bizim.Media yerli telekanallara istinadən xəbər verir ki, yüzlərlə insan həm parlamentin qarşısındakı meydana, həm də ona bitişik Rustaveli prospektinə toplaşıb, avtomobillərin hərəkəti dayandırılıb.

Aksiyanın təşkilatçıları hakimiyyətdən Aİ-yə namizəd statusu almaq üçün Avropa İttifaqının 12 tövsiyəsinə əməl etməyi tələb edir.

Parlamentin yaxınlığındakı etirazçılara qanunverici orqanın təxminən bir kilometrliyində yerləşən Rustaveli metro stansiyasından yürüş edən gənclər hərəkatının üzvləri də qoşulub.

Tələblər arasında, həmçinin eks-prezident Mixeil Saakaşvili və “Mtavari arxi” telekanalının baş direktoru Nika Qvaramiyanın həbsdən azad edilməsi də var.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin