Qazaxıstanda sürücüsüz avtobus 4 nəfərin ölümünə SƏBƏB OLDU - FOTO 

Hazırda oxunan: Qazaxıstanda sürücüsüz avtobus 4 nəfərin ölümünə SƏBƏB OLDU - FOTO 

129706

Qazaxıstanın Çimkənd şəhərində “Metro” ticarət mərkəzinin yaxınlığında avtobusun səkiyə çıxması nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan polisi məlumat yayıb. 

Məlumata görə, polis qəza zamanı sürücünün avtobusda olmadığını müəyyənləşdirib:  

“Qəza nəticəsində iki qadın və bir yeniyetmə yerindəcə, azyaşlı qız reanimasiyada ölüb. İki nəfər isə xəstəxanadadır”. 

Hadisə yerinə gələn istintaq-əməliyyat qrupu müəyyən edib ki, sürücü son marşrut üzrə dönmə əməliyyatı edərək, avtobusu əl əyləcinə qoyaraq tərk edib. Sonra avtobus yamacda hərəkətə gələrək piyadaların üzərinə çıxıb. 
Sürücü müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin