Qaraçılar haqqında 15 MARAQLI FAKT

Hazırda oxunan: Qaraçılar haqqında 15 MARAQLI FAKT

129639

8 aprel Beynəlxalq Qaraçılar Günüdür. Bu qərar 1971-ci ilin bu günündə Londonda keçirilən Birinci Ümumdünya Qaraçılar konqresində qəbul edilib. 5 qitəyə yayılan və maraqlı həyat tərzləri olan qaraçılar haqqında bilmədiyimiz çox şey var.

Bizim.Media bu marağı nəzərə alıb qaraçılarla bağlı 15 maraqlı faktı təqdim edir:

1. Hər bir qaraçı üçün ən biabırçı hal onun tabordan qovulmasıdır. Bu, yalnız "lave", yəni ağır cinayət törədildiyi zamanı ola bilər.

2. Əgər qaraçının yalnız bir qulağında sırğa görsəniz, bilin ki, o, ailənin yeganə övladıdır. Qısa saçı olan qaraçı xanımı heç görə bilməzsiniz, çünki bu, namussuzluq əlamətidir.

3. Müasir dövrdə qaraçıların yalnız 1%-i köçəri həyat tərzi seçir. 

4. Qaraçılar üçün qadın bədəninin aşağı hissəsi və ona aid olan istənilən geyim murdar sayılır. Qaraçılara görə, əgər qadın nəyinsə üzərindən keçirsə, ora murdar hesab edilir. Məhz buna görə qaraçılar birmərtəbəli evlərdə yaşamağı seçir.

5. Qaraçıların ən sevimli yeməyi qızardılmış kirpidir. Bunu ən çox Polşa və Baltikyanı qaraçıları sevir. Sərxoş qaraçını görmək mümkünsüzdür. 

6. Qaraçılar spirtli içkini o qədər də qəbul etmir. Gənclərə isə böyüklərin yanında içmək qadağandır.

7. Uşaqların övladlığa götürülməsi olduqca adi haldır. Əgər qonaqlıqda uşaq nəyisə bəyənibsə, bu ona hədiyyə edilməlidir. 

8. 1944-cü ildə Almaniyanın Osvensim düşərgəsində 21 min qaraçı məhv edilib.

9. Qaraçının ölümdən əvvəl toxunduğu əşyalar çirkli sayıldığına görə onunla birlikdə torpağa tapşırılır. Bir çoxları üçün qaraçı qadınların rəngarəng ətəklər maraq kəsb edir. Əslində bu birbaşa yoxsulluqla bağlıdır. Belə ki, geyinilən və cırılan ətəyə digər ətək parçası tikilirdi. 

10. Qaraçı qadınların qızıl sevgisinin də səbəbi var. Belə ki, ərindən boşanan və evdən qovulan qadın zinət əşyaları ilə birlikdə evi tərk edir. 

11. Qaraçı qadınların gözlərinə baxmaq təhlükəlidir, çünki onlar hipnoz bacarığına malikdirlər.

12. Qaraçı qızları üçün ailə qurmaq yaşı 14-dür. Adətə görə, 14 yaşı tamam olan qız artıq məclislərdə oynamağa subay oğlanların və onların atalarının diqqətini çəkməyə çalışır. 19 yaşında ailə qurmayan qız "qoca qız" hesab edilir. Qaraçı ailələrində toy günü xeyli maraqlı olur.

Gəlinin atası və qardaşı ona ya kiloqram, ya da bankalarda qızıl hədiyyə edir. Bankaların içi qızıl üzük, bilərzik, sırğa ilə dolu olur.

13. Qaraçı ailəsi üçün toy günü qızın bakirə olması vacibdir. Həmin gün ailənin yaşlı qadınları qızın bakirə olub-olmadığını yerindəcə öyrənmək üçün gəlin otağında gizlənir. Daha sonra qanlı mələfə sinidə bütün qonaqlara göstərilir.

14. Qaraçı qız və ya oğlan başqa millətdən olan biri ilə heç zaman ailə qura bilməz. Bu qadağandır.

15. Qaraçıların öz məhkəmələri var. Orada hakimlər ən hörmətli qaraçılar olur. Onlar tərflərin arqumentlərini dinləyir, hökm çıxarır. Ən ciddi cəza isə icmanı tərk etməkdir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin