“Qlobal iqtisadiyyat indi kifayət qədər həssasdır və bu, “buma” gətirib çıxara bilər”.
Bizim.Media “rbc.ru”ya istinadən xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva bu barədə xəbərdarlıq edib.
Onun sözlərinə görə, dünya ölkələrinin mərkəzi banklarının yüksək inflyasiyanın qarşısını almaq cəhdləri fonunda qlobal iqtisadiyyat zəifləyir və bu sistemin kövrəkliyi maliyyə qeyri-sabitliyi və iqtisadi artımın ləngiməsi ilə təhlükə yaradır.
“Uzun müddət aşağı olduqdan sonra faiz dərəcələrinin bu qədər artması ilə iqtisadiyyatların zəifləməsi qaçılmazdır. Bu vəziyyət böhran yaratmalıdır”, - Georgiyeva bildirib.
BVF rəhbəri həmçinin Ukraynadakı müharibə və ABŞ və Çin arasında artan etimadsızlığın potensial mənfi nəticələri barədə xəbərdarlıq edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:38 / 08.04.2023
Beynəlxalq Valyuta Fondunun rəhbərindən iqtisadi BÖHRAN PROQNOZU
Hazırda oxunan: Beynəlxalq Valyuta Fondunun rəhbərindən iqtisadi BÖHRAN PROQNOZU
Hazırda oxunan: Beynəlxalq Valyuta Fondunun rəhbərindən iqtisadi BÖHRAN PROQNOZU
129625
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.