Ukrayna Prezidenti Volodimir Zelenski müsəlmanlar üçün iftar süfrəsi təşkil edib.
Bizim.Media Ukrayna mətbuatına istinadən xəbər verir ki, Müsəlman əsgərlərin, diplomatik korpusun və Krım-tatar xalqı Məclisinin nümayəndələrinin iştirakı ilə keçirilən iftarda Zelenski bunun müsəlmanların müqəddəs Ramazan ayında yeni ənənənin başlanğıcı olacağını açıqlayıb:
"Bu gün biz Ukrayna üçün belə bir ənənəyə - rəsmi səviyyədə iftara başlayırıq.
Qəhrəmanlarımız, müsəlman əsgərlərimiz, Krım tatar xalqının Məclisi ilə birlikdə, Ukraynanın bütün müsəlman icmasının nümayəndələri ilə birlikdə bu süfrədə bir araya toplanmışıq. Bununla biz Ukraynanın hər bir insana və dinə dəyər verdiyini təsdiqləyirik”.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media