Fransızların 20 faizə yaxını Makrona nifrət edir – SORĞU  

Hazırda oxunan: Fransızların 20 faizə yaxını Makrona nifrət edir – SORĞU  

129596

Fransada insanların əksəriyyəti Beşinci Respublikanın prezidenti Emmanuel Makrona pis münasibət bəsləyir. 

Bizim.Media “Liberation”a istinadla xəbər verir ki, bu barədə “Viavoice” Fransa vətəndaşları arasında sorğu keçirib. 

Sorğunun nəticələrinə görə, fransızların 65%-i dövlət başçısının imicini mənfi hesab edir. 

Qeyd edildiyi kimi, respondentlərin yalnız 30%-i Makrona müsbət münasibət bəsləyir, onlardan yalnız 4%-i prezidentə çox yaxşı yanaşır. 

Fransızların 16%-i dövlət başçısı haqqında düşünərkən ilk emosiya kimi nifrət hissi keçirir.

Prezidenti xatırlayan ölkə sakinlərinin digər 16%-i hirs, 13%-i ikrah və 9%-i laqeydlik hissini yaşayır. 

Eyni zamanda, fransızların 55%-i hesab edir ki, Fransada azadlıq səviyyəsi xeyli aşağı düşüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin