Sankt-Peterburqda öz mənzilində aldığı bıçaq yaralarından ölən 54 yaşlı jurnalist Dmitri Tsilikin meyiti tapılıb.
Moderator.az “Fontanka.ru”x9dya istinadən xəbər verir ki, ilkin məlumata görə, kişi aldığı bıçaq yaralarından iki gün öncə ölüb.
Son dəfə o, qohumları ilə Riqaya getdiyi iş ezamiyyətindən sonra keçən həftənin sonunda əlaqə saxlayıb.
Hadisə yerində Kalininsk rayonu üzrə Cinayət axtarış şöbəsinin əməkdaşları işləyir.
Dmitri Tsilkin Leninqrad teatr, musiqi və kinematoqrafiya institutunu bitirib, səkkiz il ərzində N.P.Akimov adına komediya teatrında oynayıb.
1990-cı illərin əvvəllərində “Ças Pik”x9d qəzetində yazıları dərc edilirdi, daha sonra orada “Mədəniyyət və cəmiyyət”x9d şöbəsinə rəhbərlik edib. Jurnalist, həmçinin RTR və “Beşinci kanal”x9dda, “Exo Peterburq”x9d radiosunda da işləyib. 2000-ci ildə bir çox nəşrlərdə, o cümlədən də “Vedomosti”x9d, “Komersant”x9d, “Espert”x9d, “Profil”x9d, “Rosbalt”x9d, Vogue və Elle-də yazıları dərc edilib.

































































































