Ən çox qazanan idmançıların siyahısı açıqlanıb

Hazırda oxunan: Ən çox qazanan idmançıların siyahısı açıqlanıb

129520
“Forbes”x9d jurnalı ötən il ən çox qazanan keçmiş idmançıların siyahısını açıqlayıb.

Musavat.com xəbər verir ki, siyahının zirvəsində 2003-cü ildə basketbola vida edən Maykl Cordandır. Keçmiş basketbolçu ötən il 110 milyon dollarla ən çox qazanan idmançıdır. Maykl Cordanı sabiq məhşur futbolçu Devid Bekhem izləyir. Bekhem hələ də davam edən sponsorluq və reklam müqavilələri sahəsindən 65 milyon dollar qazanc əldə edib.

Siyahının ilk 14-lüyündə qərarlaşan keçmiş idmançıların illik gəlirləri isə təqribən 450 milyon dollar təşkil edir. Bu idmançılar arasında Braziliyalı futbol əfsanəsi Pele də var. Pele 1977-ci ildə futbolu buraxmasına baxmayaraq, keçən il 14 milyon dollar qazanıb.

Ən çox qazanan keçmiş idmançı qadın isə 14 milyon dollar gəliri ilə Çinli tenisçi Li Na olub.
xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin