İran və Fransa XİN rəhbərləri GÖRÜŞDÜ 

Hazırda oxunan: İran və Fransa XİN rəhbərləri GÖRÜŞDÜ 

129448

İran və Fransa xarici işlər nazirləri Pekində görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə İran XİN "twitter" səhifəsində məlumat paylaşıb. 

Bildirilib ki, Pekində səfərdə olan İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian aprelin 6-sı axşam fransalı həmkarı Katerin Kollona ilə görüşüb. 
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlərin, habelə konsulluq məsələlərinin müzakirə edildiyi bildirilir. 

Qeyd edək ki, İran xarici işlər naziri Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə görüş üçün Çində səfərdədir, onlar arasında görüş aprelin 6-da baş tutub. Fransa xarici işlər naziri isə Prezident Makronun Pekinə səfərində onu müşayiət edir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin