Parisdə etirazçılar Makronun sevimli restoranını yandırıblar
Parisdə pensiya islahatlarına qarşı etiraz edənlər Fransa prezidenti Emmanuel Makronun sevimli restoranını yandırıblar.
Bizim.Media xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.
Məlumata görə, aksiya iştirakçıları Parisin Montparnas bulvarındakı La Rotonde restoranını yandırıblar. Yanğın müəssisənin eyvanından yayılmağa başlayıb.
Hadisə yerinə gələn yanğınsöndürənlər alovun genişlənməsinin qarşısını alaraq tez bir zamanda söndürüblər. Buna etiraz edən nümayişçilər onlara şüşə qırıntıları və daş atıblar.
Polisin məlumatına görə, restorana 300 nəfər hücum edib.
Qeyd edək ki, “La Rotonde”də Makron 2017-ci ildə keçirilən prezident seçkilərinin ikinci turuna yüksəlməsini qeyd edib. Daha sonra Fransa lideri quruma daha bir neçə dəfə baş çəkib. Bu səbəbdən 2020-ci ildə “sarı jiletlilər” hərəkatının etirazları zamanı da restoran hücuma məruz qalıb.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media