İlya Darçiaşvili Entoni Blinkenə məktub göndərdi - 4 gürcü hakimin sanksiya qalmaqalı böyüyür

Hazırda oxunan: İlya Darçiaşvili Entoni Blinkenə məktub göndərdi - 4 gürcü hakimin sanksiya qalmaqalı böyüyür

129298

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili dörd gürcü hakimə qarşı sanksiyalara görə ABŞ dövlət katibi Entoni Blinkenə məktub göndərib.

Bizim.Media xəbər verir ki, bu barədə nazir sosial şəbəkədə yazıb.

“ABŞ Dövlət Departamentinin heç bir sübut təqdim etmədən sanksiyalar tətbiq etmək qərarı tamamilə anlaşılmaz və qəbuledilməzdir. Ümid edirik ki, Dövlət Departamenti müvafiq sübutlar təqdim edəcək və ya qərarına yenidən baxacaq.

Əks halda, Gürcüstan və gürcü xalqı bunu suveren dövlətin müstəqil məhkəməsinə təzyiq və onun fəaliyyətinə kobud müdaxilə kimi qəbul edəcək. Bu, Gürcüstan və ABŞ arasında uzunmüddətli dostluq münasibətlərinə xələl gətirəcək”, - deyə o, qeyd edib.
Xatırladaq ki, ABŞ Gürcüstan Ali Ədliyyə Şurasının 4 üzvünə qarşı viza sanksiyaları tətbiq edib. 

ABŞ dövlət katibi Entoni Blinkenin imzaladığı sənədə görə, hakimlər Mixail Çinçaladze, Levan Murusidze, İrakli Şengeliya və Valerian Tsertsvadze korrupsiyada ittiham olunurlar.

“Bu şəxslər Gürcüstanın məhkəmə sədrləri və Ali Ədliyyə Şurasının üzvü kimi öz səlahiyyətlərindən sui-istifadə ediblər”, - deyə Blinken bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin