Rusiya səfiri Dövlət Departamentinə ÇAĞIRILDI

Hazırda oxunan: Rusiya səfiri Dövlət Departamentinə ÇAĞIRILDI

129241

Rusiyanın Vaşinqtondakı səfiri Anatoliy Antonov ABŞ Dövlət Departamentinə çağırılıb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Con Kirbi brifinqdə açıqlayıb. 

Onun sözlərinə görə, rusiyalı səfir martın 30-u Dövlət Departamentinə dəvət olunub və burada dövlət katibinin müavini Viktoriya Nulandla görüşüb. Tərəflər Amerikanın “The Wall Street Journal” qəzetinin jurnalisti Evan Qerşkoviçin Rusiyada saxlanılmasını müzakirə ediblər. 

Kirbi görüşlə bağlı əlavə detallar açıqlamayıb.

Xatırladaq ki, martın 30-u Yekaterinburq şəhərində saxlanılan Qerşkoviç casusluqda ittiham olunur. Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, jurnalist ABŞ-nin göstərişi ilə Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən biri haqqında dövlət sirri təşkil edən məlumatlar toplayırmış.
Daha sonradan Moskvanın Lefortovo Məhkəməsi 32 yaşlı amerikalı jurnalisti casusluq ittihamı ilə həbs edib. Həbs müddəti mayın 29-dək müəyyən edilib. Qerşkoviç şübhəli şəxs statusundadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin