Türkiyə Ermənistanla münasibətlərin normallaşacağına ümid edir - Hulusi Akar

Hazırda oxunan: Türkiyə Ermənistanla münasibətlərin normallaşacağına ümid edir - Hulusi Akar

129223

Ankara ümid edir ki, türk və erməni xalqları dostluq və əməkdaşlıq çərçivəsində əlaqə qura bilərlər. 

Bizim.Media “Aydınlık” qəzetinə istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar səsləndirib.

"Türkiyə tolerantlıq və sülh şəraitində birgə yaşayan türk və erməni xalqlarının dostluq və əməkdaşlıq çərçivəsində əlaqə qura biləcəyi inancına sadiqdir" deyə Akar qeyd edib. Nazir 1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisələrdən də söz açıb. 

Akar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərini xatırladıb:

"Rəsmi Ankara tarixçilər tərəfindən yaradılacaq komissiyaların işinə dəstək verməyə hazırdır". Bu məsələ ilə bağlı təkidli çağırışımızı bir daha təkrar edirik. Ermənistan da Türkiyə kimi öz arxivlərini beynəlxalq tarixçilərin üzünə açmalı, nəticələri qəbul etməli və heç də bundan narahat olmamalıdır. Lakin bu təklifə hələ ki, cavab verilməyib".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin