ABŞ-ın Müdafiə Nazirliyi yeni paket çərçivəsində Ukraynaya 2,6 milyard dollarlıq hərbi yardım ayırdığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Pentaqonun yaydığı məlumatda bildirilir.
“Müdafiə Nazirliyi Ukrayna üçün yeni kritik təhlükəsizlik yardımı elan edib”, - məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, yardım paketinə “Patriot” və NASAMS zenit-raket kompleksləri üçün döyüş sursatları, HIMARS reaktiv yaylım atəşi sistemləri və tankları, həmçinin artilleriya mərmiləri və dron əleyhinə silahlar daxildir.
Xatırladaq ki, ABŞ-ın Ukraynaya növbəti hərbi yardım paketini ayırlması barədə məlumatı daha əvvəl “Reuters” agentliyi adı açıqlanmayan rəsmilərə istinadən yayıb.
Bizim.Media