Klintondan 29 il sonra ETİRAF: “Peşmanam” – VİDEO 

Hazırda oxunan: Klintondan 29 il sonra ETİRAF: “Peşmanam” – VİDEO 

128972

ABŞ-ın keçmiş prezidenti Bill Klinton 1994-cü ildə Ukraynanı nüvə silahından imtina etməyə inandırdığına görə təəssüfləndiyini bildirib.  

Bizim.Media xəbər verir ki, Klinton bu barədə ötən gün İrlandiyanın RTE telekanalına müsahibəsində danışıb. 

"Mən şəxsən məsuliyyət hiss edirəm, çünki onları (Ukraynanı nəzərdə tutur-red.) nüvə silahından imtina etməyə razılaşdırdım. Lakin əgər Ukraynanın hələ də nüvə silahı olsaydı, Rusiya bu hiyləsindən əl çəkərdi", - deyə 76 yaşlı siyasətçi deyib.  

Klinton izah edib ki, Ukrayna hökuməti hələ o zamanlar da nüvə silahından imtina etməyə tərəddüd ediblər:

“Onlar bundan imtina etməkdən qorxurdular, çünki düşünürdülər ki, bu, onları ekspansionist Rusiyadan qoruyacaq yeganə vasitədir”. 

O, Moskvanın xüsusi hərbi əməliyyata başlamaq qərarının “çox yanlış” olduğu bildirib və qeyd edib ki, Avropa və ABŞ Ukraynaya dəstək verməlidir. 

"Elə bir zaman gələ bilər ki, Ukrayna hökuməti sülh sazişi haqqında düşünüb qərar verə bilər, lakin mən düşünmürəm ki, biz bu halda belə, Ukraynanı tərk etməliyik". 

Qeyd edək ki, Budapeşt Memorandumu 1994-cü il dekabrın 5-də Ukrayna, Rusiya, Böyük Britaniya və ABŞ liderləri tərəfindən imzalanıb. Müqaviləyə uyğun olaraq, Ukrayna nüvə arsenalını ləğv edib, Rusiya, ABŞ və Böyük Britaniya isə Kiyevin təhlükəsizliyinə zəmanət verib. 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin