Ukrayna xarici işlər naziri Dmitro Kuleba NATO-nun Belçikanın paytaxtı Brüsseldəki mənzil-qərargahında ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Kuleba özünün “Twitter” hesabında yazıb.
Kuleba Ukraynaya göstərdiyi dəstəyə görə ABŞ rəsmisinə təşəkkür edib və bildirib ki, daha çox ərazini işğaldan azad etmək üçün Ukraynaya göndəriləndən çox silah lazımdır:
"Ukraynaya daha çox ərazisini Rusiya işğalından azad etmək üçün daha çox hərbi yardım yoldadır. Mən ABŞ-a Ukraynaya göstərdiyi sarsılmaz dəstəyə görə minnətdaram. Biz NATO-nun Vilnüs sammiti öncəsi də fikir mübadiləsi apardıq".
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:47 / 04.04.2023
Ukrayna ABŞ-dan daha artıq silah istədi
Hazırda oxunan: Ukrayna ABŞ-dan daha artıq silah istədi
Hazırda oxunan: Ukrayna ABŞ-dan daha artıq silah istədi
128931
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.