İordaniya kralından Türkiyəyə qarşı ağır ittiham -Avropaya terrorçu göndərir

Hazırda oxunan: İordaniya kralından Türkiyəyə qarşı ağır ittiham -Avropaya terrorçu göndərir

128835
İordaniya kralı Abdullah bəyan edib ki, Türkiyə qəsdən Avropaya İŞİD terrorçularını göndərir. Musavat.com xəbər verir ki, məlumatı “The Independent”x9d yayıb.

Abdullah bu bəyanatla ABŞ Konqresi üzvləri qarşısında hələ yanvarın 11-də çıxış edib. Lakin çıxışla bağlı məlumat indi yayılıb. 

Kral konqres qarşısındakı çıxışında bildirib ki, Türkiyə terrorçuları hazırlayır və Avropaya göndərir. Bundan başqa, o bildirib ki, Türkiyə İŞİD-dən neft alınmasında iştirak edir. 

“Terrorçuların Avropaya göndərilməsi Türkiyə siyasətinin bir hissəsidir”x9d, - Abdullah bəyan edib.

“The Independent”x9d nəşri xatırladır ki, Türkiyə və İordaniya müttəfiq sayılırlar. Lakin qaçqın böhranı ölkələr arasında münasibətləri ciddi şəkildə korlayıb. Kral Abdullah Türkiyənin Avropa Birliyi ilə sövdələşməsindən narazıdır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin