Medvedev Borreli “axmaq” adlandırdı

Hazırda oxunan: Medvedev Borreli “axmaq” adlandırdı

128541

Avropa diplomatiyasının rəhbəri Josep Borrell “Aprelin axmaq günü”nü yaxşı anlayır, çünki bu, “onun günüdür”.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ingilisdilli Twitter hesabında yazıb.

“1 aprel gününə gəlincə, Josep Borrell bu sahədə əla mütəxəssisdir. Bu, ONUN günüdür”, - Medvedev bildirib.

Borrell daha əvvəl demişdi ki, Rusiyanın aprelin 1-də BMT Təhlükəsizlik Şurasının sədri vəzifəsini tutması bu günün “əhvalına” çox uyğun gəlir. 

“Rusiya Təhlükəsizlik Şurasının daimi üzvü olmasına baxmayaraq, BMT-nin hüquqi bazasının mahiyyətini daim pozur. Avropa İttifaqı Rusiyanın sədrlik zamanı istənilən sui-istifadəsinə qarşı çıxacaq”, - deyə o, sosial şəbəkədə qeyd edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin