Rus ordusu Donetsk istiqamətində bəzi mövqelərdən geri çəkildi

Hazırda oxunan: Rus ordusu Donetsk istiqamətində bəzi mövqelərdən geri çəkildi

128514

Rusiya hərbçiləri Donetsk istiqamətində bəzi mövqelərdən geri çəkilməyə məcbur olublar. İndi ukraynalılar həmin ərazilərdə müdafiəni möhkəmləndirirlər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “RBK-Ukrayna” nəşri Tavriçesk istiqamətində Müdafiə Qüvvələrinin birgə mətbuat mərkəzinin rəhbəri Aleksey Dmitraşkovskiyə istinadən yayıb.

“Donetsk istiqamətində müdafiəçilərimizin yaxşı əlaqələndirilmiş və bacarıqlı hərəkətləri sayəsində düşmən bəzi mövqelərdən geri çəkildi, indi biz bu mövqelərdə möhkəmlənirik”, - deyə o, qeyd edib.
Dmitraşkovski iddia edir ki, ruslar şəxsi heyət və texnika baxımından xeyli itki verirlər. 

Sözçünün sözlərinə görə, Avdeyevkaya hücum etmək üçün “Vaqner”çilərin peyda olması ilə bağlı məlumatlar yer alıb, lakin hələlik bunun təsdiqi yoxdur.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin