İsveç xarici işlər naziri Tobias Billström Finlandiyanı NATO-ya üzvlüyü münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə İsveç XİN-nin məlumatında bildirilib.
"Biz Finlandiya üçün şadıq. Bu, qardaş ölkəmiz üçün irəliyə doğru atılmış mühüm addımdır və üzv olmaq həm Finlandiyanın, həm də İsveçin təhlükəsizliyini gücləndirəcək. Lakin Finlandiyanın da bəyan etdiyi kimi, İsveç də üzv olmayana qədər bu proses tamamlanmayacaq”, deyə XİN rəhbəri qeyd edib.
Nazir bildirib ki, hökumət İsveçin də NATO-ya üzv olması üçün fəaliyyətini davam etdirir.
"Hökumət indi İsveçin də üzv olması üçün yorulmadan çalışacaq. Məqsədimiz İsveçin Vilnüs Sammitinə qədər NATO üzvü olmasıdır".
Bizim.Media
- A-
- A
- A+
Dünya
05:33 / 02.04.2023
İsveç XİN başçısı: Finlandiyanı təbrik edirik, İsveç üçün isə...”
Hazırda oxunan: İsveç XİN başçısı: Finlandiyanı təbrik edirik, İsveç üçün isə...”
Hazırda oxunan: İsveç XİN başçısı: Finlandiyanı təbrik edirik, İsveç üçün isə...”
128483
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.