Hava şəraitinin kəskin pisləşməsi ABŞ-ın mərkəzi hissəsində yerləşən on ştatda 450 min evi və müəssisəni elektriksiz qoyub.
Bizim.Media “CNN”ə istinadən xəbər verir ki, ən çətin vəziyyət 100 minə yaxın istehlakçının enerji təminatının kəsildiyi İndiana ştatında yaşanıb.
Bildirilib ki, Minnesota ştatında 84 min, Ohayo ştatında 60 min, Arkanzas və İllinoys ştatlarının hər birində isə 55 min nəfər işıqsız qalıb.
Qeyd edək ki, daha əvvəl də ABŞ-ın bəzi ştatlarının onlarla tornadonun təsirinə məruz qaldığı barədə məlumatlar yayılıb. İllinoys, Arkanzas, Ayova, Viskonsin, Tennessi və Missisipi ştatlarında 50-dən çox tornado baş verib.
Təbii fəlakət regionda beş nəfərin həyatına son qoyub, onlarla insan yaralanıb, infrastruktura, yaşayış binalarına və avtomobillərə ciddi zərər vurub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:16 / 01.04.2023
ABŞ-da tornado ştatları işıqsız qoyub
Hazırda oxunan: ABŞ-da tornado ştatları işıqsız qoyub
Hazırda oxunan: ABŞ-da tornado ştatları işıqsız qoyub
128415
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.