Zəlzələdən xilas olan körpə 54 gün sonra ANASINA QOVUŞDU - FOTO

Hazırda oxunan: Zəlzələdən xilas olan körpə 54 gün sonra ANASINA QOVUŞDU - FOTO

128405

Fevralın 6-da Türkiyədə baş verən zəlzələdən 128 saat sonra dağıntılar altından çıxarılan 3,5 aylıq körpə 54 gündən sonra anasına qovuşub.

Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, Hatayda dağıntılar altından çıxarılan və səhiyyə işçiləri tərəfindən Gizem adlandırılan Vetin Bektaş 54 gün sonra ölkənin Ailə və Sosial Xidmətlər Naziri Derya Yanığın iştirakı ilə Adanada müalicə olunan anasına verilib.

Məlumata görə, körpənin anası Yasemen Bektaş zəlzələdə yaralanıb, atası və iki qardaşı isə həyatlarını itirib. 

İki aya yaxın müddət ərzində Ailə və Sosial Xidmətlər Nazirliyinin tabeliyindəki müəssisədə saxlanılan körpənin kimə aid olduğu ailədən və körpədən götürülmüş DNT nümunəsi ilə müəyyənləşdirilib.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin