“Koronavirus pandemiyası gələn ilin əvvəlində sona çatacaq”.
Bizim.Media-nın məlumatınaa görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun rəhbəri Hans Kluqe Danimarka televiziyasına açıqlamasında deyib.
MÖVZU İLƏ BAĞLI:
Pandemiya zamanı eynəkdən istifadə faydalı imiş - Alimlər açıqladı
O bildirib ki, bu onun subyektiv fikridir, sadəcə, proqnozdur:
“İndiyə qədər heç kim vəziyyətin necə inkişaf edəcəyini dəqiq deyə bilməz. Ən pis ssenari arxada qaldı. Virus insanı tərk etməyəcək, lakin məhdudlaşdırmalara da ehtiyac qalmayacaq və göstərilən tarixə qədər yox olacaq”.
Bizim.Media