Türkiyənin Malatya şəhərində bomba həyəcanı yaşanıb.
Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhərin ən çox istifadə olunan parklarından birində skamyaların birində oyuncaq aşkarlanıb.xa0
Oyuncağın yiyəsinin olmadığını və ətrafda heç kimin olmadığını görən vətəndaşlar həmin oyuncağın partlayacağını düşünüb və hadisə yerinə polis çağırılıb.
Hadisə yerinə gələn polislər ərazidən vətəndaşları uzaqlaşdırıb və terrorla mübarizə aparan qurumlara xəbərdarlıq edib.
Oyuncağın partlayacağını düşünən xilasedicilər dərhal onu zərərsizləşdirmək üçün hərəkətə keçib.xa0
Məlum olub ki, həmin oyuncağı parkda oynamağa gələn uşaqlardan biri skamyada unudub.xa0
































































































