Rusiyada çalışan oğuzlu aktyorun ad günündə qəfil ölümü – DETALLAR/ÖZƏL

Hazırda oxunan: Rusiyada çalışan oğuzlu aktyorun ad günündə qəfil ölümü – DETALLAR/ÖZƏL

128340

Rusiyanın Tver vilayətində çalşan Oğuzun Padar kənd sakini ad günündə qidadan zəhərlənərək ölüb. 

Bizim.Media-nın yerli bürosu kənd sakinlərinə istinadən bildirir ki, hadisə iki gün əvvəl baş verib. 

Belə ki, Tver vilayətindəki restoranlardan birində 23 yaşlı Peyman Xəlilov dostları ilə ad gününü qeyd edib. Bu zaman onlar yedikləri qidalardan zəhərləniblər. 

Məlumata görə, məclisdə dörd nəfər olub. Peyman və dostları xəstəxanaya çatdırılsa da, həkimlər iki nəfərin həyatını xilas edə bilməyib.

Peymanla yanaşı, bir dostu da bütün müdaxilələrə rəğmən həyatını itirib. Digər iki nəfərin vəziyyəti isə ağır olaraq qalır. 

Sakinlər onu da bildirib ki, 23 yaşlı gəncin nəşi yaxın günlərdə Padar kəndinə gətirilərək dəfn olunacaq. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin