Lukaşenko Tixanovskayaya Belarusa qayıtmağı TƏKLİF ETDİ 

Hazırda oxunan: Lukaşenko Tixanovskayaya Belarusa qayıtmağı TƏKLİF ETDİ 

128334

Belarus prezidenti Aleksandr Lukaşenko prezident seçkilərində rəqibi olan Svetlana Tixanovskayanın cəzasını çəkdiyi təqdirdə ölkəyə qayıda biləcəyini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, Lukaşenko bu barədə Belarus Milli Assambleyasında xalqa müraciəti zamanı bildirib. 

"Svetlana evə getməlidir. Ona səslənirəm ki, uşaqlarını da götürüb evədönsün. Ona qeyri-qanuni əməllərinə görə, 10, 12 il həbs cəzası verilib. Amma hələlik, Sergeylə (məhkum əri Sergey Tixanovski - red.) bir kamerada qala bilər”. 
Lukaşenkonun sözlərinə görə, "Tixanovskayadan kukla kimi istifadə edildiyini başa düşür və liderliyə tabe olmaqdan başqa bir səbəb görmür". 

Qeyd edək ki, martın 6-da Minsk Şəhər Məhkəməsi Tixanovskayanı ittiham olunduğu bütün cinayətlərdə qiyabi olaraq təqsirli bilib və onu 15 il müddətinə həbs cəzasına məhkum edilib.

Xüsusilə, Tixanovskaya dövlətə xəyanətdə, dövlət hakimiyyətini ələ keçirmək üçün sui-qəsddə, ekstremist birləşmənin yaradılmasında və rəhbərliyində, hakimiyyəti ələ keçirməyə ictimai çağırışlarda təqsirli bilinib. Hazırda Svetlana ABŞ-da yaşayır. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin