İki il əvvəl yoxa çıxan Malayziya təyyarəsinin qalıqları Mozambikdə tapılıb

Hazırda oxunan: İki il əvvəl yoxa çıxan Malayziya təyyarəsinin qalıqları Mozambikdə tapılıb

128291
Mozambikin sahillərində aşkarlanan iki təyyarə parçası 2014-cü il martın 8-nə keçən gecə Kuala-Lumpurdan Pekinə uçarkən yoxa çıxan "Malayziya Hava Yollarına" məxsus "Boeing-777" təyyarəsinə məxsusdur.

"Report" BBC-yə istinadən xəbər verir ki, bunu Avstraliyanın nəqliyyat naziri Darren Çester bildirib. Onun sözlərinə görə, bu qənaət mütəxəssis rəyinə əsaslanır.

Qeyd edək ki, 2014-cü il martın 8-nə keçən gecə göyərtəsində 227 sərnişin və 12 heyət üzvünün olduğu "Boeing 777" təyyarəsi Kuala-Lumpurdan Pekinə uçarkən radarlardan itib. xa0Axtarışların uzun müddət davam davam etməsinə baxmayaraq, təyyarənin izini tapmaq mümkün olmamışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin