Kennedini Xruşşov öldürüb? - İDDİA

Hazırda oxunan: Kennedini Xruşşov öldürüb? - İDDİA

12829

"ABŞ prezidenti Con Kennedi Nikita Xruşşovun əmri ilə qətlə yetirilib".

Bizim.Media "New York Post"a istinadən xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktoru Ceyms Vulsi açıqlayıb.
 

Amerikan nəşri bu xəbəri "Əjdaha: Kremlin Amerikaya qarşı gizli savaşı" kitabından qaynaqlanaraq dərc edib. 


Qeyd edək ki, həmin kitabı ABŞ MKİ-nin keçmiş rəhbəri Ceyms Vulsi yazıb. 

Xatırladaq ki, Con Kennedi ABŞ tarixində ilk katolik prezident olub. Həmçinin Ruzveltdən sonra ikinci ən gənc Ağ Ev rəhbəri idi. Həyatına 34 sui-qəsd reallaşdırılıb. 

1963-cü il 22 noyabrda (qara cümə) Dallasda isti havaya görə mühafizəsi avtomobilin pəncərəsini açır və Kennediyə snayperlə iki dəfə atəş açılır.

Killerin ilk mərmisi Conun boynuna dəysə də, ikinci qatil gülləsi ABŞ prezidentinin başına tuş gəlir. 

 

Xəstəxanaya çatdırılan Kennedini həkimlər 25 dəqiqə həyatda tutmağa çalışsa da, ABŞ prezidenti həyatla vidalaşıb. 


Noyabrın 25-də ABŞ-ın 35-ci prezidenti Arlinqton qəbirstanlığında dəfn olunub.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin