Rusiyada qeyri-adi aksiyaya start veriləcək.
Aksiya iştirkaçıları Krasnodardan Kremlə yürüş edəcəklər.
Moderator.az rus mediasına istinadən xəbər verir ki, Krasnodar diyarında doqquz rayondan yüzdən artıq fermer onlara qarşı olan haqsızlığa etiraz olaraq traktorla Moskvaya yürüş edəcəklər və orada bu etirazı ölkə başçısı Vladimir Putinin diqqətinə çatdırmaq niyyəti güdürlər.
Aksiya martın 28-nə planlaşdırılır.
Fermerlerən etirazına səbəb onların torpaq sahələrinin qanunsuz olaraq əllərindən alınmasıdır.































































































