İrandan növbəti düşmənçilik: Təbrizdəki konsulluq qarşısında AKSİYA 

Hazırda oxunan: İrandan növbəti düşmənçilik: Təbrizdəki konsulluq qarşısında AKSİYA 

128245

Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun qarşısında növbəti dəfə aksiya təşkil olunub.

Bizim.Media xəbər verir ki, bu barədə "Güney Azərbaycan" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, “aksiya iştirakçıları” Azərbaycanın İsraildə səfirliyinin fəaliyyətə başlamasına etiraz ediblər. Onlar Təbrizdəki konsulluğun dərhal bağlanmasını tələb edirlər.

Bu gün, həmçinin, İran Xarici İşlər Nazirliyinin sözçücü Kənani Azərbaycan və İsrail xarici işlər nazirlərinin görüşündə səsləndirilən fikirlərlə bağlı “Azərbaycandan izahat tələb etdiklərini” bildirib. Kənaninin çıxışı ilə eyni vaxtda isə bir qrup təşkil olunmuş şəxs Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında aksiya keçirib, eyni bəyanatı səsləndirib.

Qeyd edək ki, Azərbaycanın Tehrandakı səfirliyi bu il yanvarın 27-də terror hücumundan sonra qeyri-müəyyən müddətə fəaliyyətini dayandırıb. Terror nəticəsində səfirliyin bir əməkdaşı şəhid olub, iki nəfər yaralanıb.

Təbrizdəki konsulluq isə fəaliyyətini davam etdirir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin