Belçika polisi Brüsseldə aeroportda baş verən partlayışı törətməkdə şübhəli bilinən şəxsin fotosunu yayıb.
Trend-in İnterfaksa istinadən verdiyi xəbərə əsasən, söhbət şəkildə əks olunan kişidən gedir. Ağ köynəkli, eynəkli və başında papaq olan kişi qara geyimli, hərəsinin bir əlində qara əlcək olan iki şəxsdən bir az aralı gedir.
Kişilərin şəxsiyyəti hələlik məlum deyil. Ehtimala görə, əlcəklər partlayıcı qurğunun işə gətirilməsi mexanizmini gizlədə bilər.
Xatırladaq ki, bu gün Belçikanın paytaxtı Brüsseldə, aeroportda və metro stansiyalarında baş verən partlayışlar nəticəsində 34 nəfər ölüb, 230 nəfər yaralanıb.
































































































