Moderator.az xəbər verir ki, Türkiyənin Diyarbəkir şəhərində polis məmurunun maşının xa0altına bomba yerləşdirən terrorçuların xain planı, polisin diqqəti sayəsində qarşısı xa0alınıb.
Əldə edilən məlumatlara görə hadisə, səhər saatlarında Kayapınar mahalındakı meydanda baş verib. xa0Diyarbakır Təhlükəsizlik bölməsinin xa0polis məmuru, səhər işə getmək üçün maşının xa0yanına gəlib. Hər səhər etdiyi kimi bu səhər də maşınına minməzdən əvvəl ətrafını yoxlayan polis məmuru, altına yerləşdirilmiş uzaqdan idarə olunan, əl istehsalı olan bombanı fərq edib.
Polis məmuru, xa0dərhal polis əməkdaşlarına xəbər verir. Hadisə yerinə gələn bomba məhvedici mütəxəssisləri, ətrafda geniş təhlükəsizlik tədbirləri alaraq, araşdırmalar aparıb. Mütəxəssislər daha sonra bombanı partlatmadan təsirsiz hala gətirib. Bomba araşdırılmaq üçün təhlükəsizlik bölməsinə aparılıb. Polis məmurunun diqqəti sayəsində faciəvi hadisənin qarşısı alınıb.
Terroristlərin bombanı maşının xa0təhlükəsizlik bölməsinə xa0girməsiylə partlayış etməyi planlaşdırdıqları da öyrənilib.
Hadisə ilə əlaqədar istintaq işləri aparılır.
Elşən Yəhyayev
































































































