Zaxarova Ermənistanın Roma Statutuna qoşulma istəyini şərh etdi - VİDEO 

Hazırda oxunan: Zaxarova Ermənistanın Roma Statutuna qoşulma istəyini şərh etdi - VİDEO 

128112

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Ermənistan Konstitusiya Məhkəməsinin Roma Statutunun ölkə qanunlarına uyğunluğu ilə bağlı qərarını şərh edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Zaxarova bu gün keçirdiyi brifinq zamanı News.ru portalının əməkdaşının müvafiq sualını cavablandırarkən danışıb. 

“Bu məsələ həm Moskvada, həm də İrəvanda yüksək səviyyəli təmaslar zamanı müzakirə predmetidir. Bu təmasların detallarını açıqlamağı məqsədəuyğun hesab etmirəm. Ümid edirik ki, bu məsələ müttəfiqlik ruhunda və qarşılıqlı faydalı əsaslarla həll olunacaq”, - deyə XİN rəsmisi qeyd edib. 
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib. Bu qərarın icrası Roma Statutuna qoşulan bütün ölkələr üçün məcburidir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin