Rusiyanın Sverdlovsk vilayətinin Pelım şəhər dairəsində qaz kəmərində partlayışla nəticəsində yanğın baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə TASS-a dairənin rəhbəri Şahid Əliyev məlumat verib.
“Bəli, qaz kəmərində partlayış olub. Xoşbəxtlikdən ərazidə adam olmayıb. Boruda qazın qalıqları yanıb”, - deyə Ş. Əliyev bildirib.
Onun sözlərinə görə, hadisə saat 22:00 (Bakı vaxtı ilə 21:00) radələrində baş verib.
Bizim.Media