Ərdoğan: “Ukrayna-Rusiya danışıqlarını İstanbulda yenidən bərpa etmək niyyətindəyik”

Hazırda oxunan: Ərdoğan: “Ukrayna-Rusiya danışıqlarını İstanbulda yenidən bərpa etmək niyyətindəyik”

127933

“Türkiyə Ukrayna-Rusiya münaqişəsinin danışıqlar yolu ilə həllinin tərəfdarıdır”. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

“Biz Ukrayna ilə Rusiya arasında danışıqlar masası arxasında sülhün mümkün qədər tez bərqərar olmasını istəyirik”, - deyə Ərdoğan qeyd edib. 

Türkiyə rəhbəri bildirib ki, Ankara Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların bir neçə raundunun keçirildiyi İstanbulda danışıqları yenidən bərpa etmək niyyətindədir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin