Almaniyanın "Deutsche Welle" qəzetində yayımlanmış müsahibədə Avropa İttifaqının (Aİ) Ermənistandakı Missiyasının rəhbəri Markus Ritter absurd bəyanatla çıxış edib. O deyib ki, guya Azərbaycan yaz aylarında Ermənistana hücuma hazırlaşır. M.Ritter bu fikirləri söyləyən zaman Ermənistan tərəfinin informasiyalarına istinad edib.
Ritter ardınca “belə bir hücum olmayacağı təqdirdə, bunun Aİ Missiyasının uğuru olacağını” qeyd edib. Ritterin bu iddiasını erməni siyasilər belə təkzib edib. Belə ki, Ermənistanın hakim “Vətəndaş müqaviləsi” Partiyasından olan deputat Andranik Köçəryan “Armenia Today” nəşrinə müsahibəsində bildirib ki, hazırda Ermənistan-Azərbaycan sərhədində Azərbaycan qoşunları toplanmayıb.
Buna baxmayaraq, sözügedən missiya üzvlərinin bu sayaq qərəzli mövqe sərgiləməsi onların hansısa məqsədlərə xidmət etdiyinin göstəricisidir.
Görəsən, missiyanın bu qədər qərəzli yanaşma sərgiləməsinin arxasında hansı səbəblər dayanır?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib ki, bu kimi qərəzli dezinformasiyalar yaymaqda Aİ missiyasının məqsədi Bakı ilə Moskva arasında qarşıdurma yaradıb, ondan öz maraqları naminə yararlanmaqdır:
“Ritter həyasızcasına İrəvana istinadən deyir ki, guya Azərbaycan müharibəyə hazırlaşır və yazda hücum edəcək. Azərbaycan heç vaxt dövlət sərhədinə getməz. Bu azmış kimi arxasınca bəyan edir ki, Azərbaycanın yazda hücuma keçməsi iddiası baş verməsə, bu onların əməyi olacaq. Yəni demək istəyirlər ki, bölgəyə öz maraqlarına cavab verən müəyyən məqsədlər naminə gəliblər. Görünən odur ki, həmin dairələr tapşırıq alıb və onun icrası üçün hər cür təxribatı gündəmə gətirəcəklər.
Qərb yenə də ikili standartlarla oyun oynayır. Əsas məqsədləri Azərbaycanla Rusiya arasında qarşıdurma yaradıb, ondan yararlanmaqdır. Avropa İttifaqı Azərbaycanın haqq işinə heç zaman normal yanaşmayıb. Bu gün də həmin siyasəti davam etdirirlər. Lakin nə qədər çabasalar da niyyətləri baş tutmayacaq. Azərbaycan bu təxribatlara uymayacaq”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Dünya
10:30 / 30.03.2023
Aİ missiyasının erməni TƏƏSSÜBKEŞLİYİ – Onlar bölgədə hansı tapşırığı icra edirlər?
Hazırda oxunan: Aİ missiyasının erməni TƏƏSSÜBKEŞLİYİ – Onlar bölgədə hansı tapşırığı icra edirlər?
Hazırda oxunan: Aİ missiyasının erməni TƏƏSSÜBKEŞLİYİ – Onlar bölgədə hansı tapşırığı icra edirlər?
127866
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.