Rusiya XİN Ukrayna ilə sülh müqaviləsinin imzalanma şərtlərini AÇIQLADI

Hazırda oxunan: Rusiya XİN Ukrayna ilə sülh müqaviləsinin imzalanma şərtlərini AÇIQLADI

127813

“Ukrayna ilə sülh müqaviləsinin imzalanması üçün bu dövlət neytral olmalı, bloklara, o cümlədən NATO və Avropa İttifaqına (Aİ) üzv olmamalıdır”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib. 

O bildirib ki, Ukrayna, həmçinin nüvə silahı əldə etməyəcəyini təsdiqləməlidir:

“Həmçinin Ukraynanın demilitarizasiyası və denazifikasiyası, rusdilli vətəndaşların, rus dilinin və milli azlıqların hüquqlarının müdafiəsi, Rusiya ilə sərhəddən sərbəst gediş-gəlişin təmin olunması məcburi şərtdir. Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı təqiblər dayandırılmalıdır. Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin dağıtdığı infrastruktur bərpa olunmalıdır”. 

Nazir müavini iddia edir ki, Ukraynanın ilhaq və işğal olunmuş Krım, Donetsk Xalq Respublikası (DXR), Luqansk Xalq Respublikası (LXQ), Zaporojye və Xerson vilayətlərinin sakinləri öz talelərini özləri müəyyənləşdirməlidirlər. 

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin