Ukrayna müharibəsində SON DURUM – “Rusiya bu ərazilərə hücuma hazırlaşır”

Hazırda oxunan: Ukrayna müharibəsində SON DURUM – “Rusiya bu ərazilərə hücuma hazırlaşır”

127654

"Rusiya-Ukrayna müharibəsində son vəziyyətlə bağlı onu demək olar ki, hal-hazırda əsas döyüş gedən istiqamətlər İzium və Baxmut bölgələridir. Rusiya ordusu maksimum şəkildə Baxmut istiqamətində mövqeləri nəzarətə götürməklə bir qədər də irəliləyərək Dnepr çayı istiqamətinə hərəkət etmək istəyir”.

Bu fikirləri hərbi ekspert Ramil Məmmədli Bizim.Media-ya açıqlmasında bildirib. 

“Bundan başqa cəbhənin şimal istiqamətində Xarkov şəhəri üzərində yerləşən bir sıra yaşayış məntəqələri, o cümlədən İzium şəhəri istiqamətində ciddi əməliyyatlar həyata keçirilir. Bu döyüşlərdə Ukrayna maksimum müdafiəni təşkil etməklə mövqelərini qorumağa çalışır. 

Əslində isə vəziyyət tam başqadır. Bir neçə istiqamətdə Xarkov və Baxmut şəhərlərində Rusiyanın hücum əməliyyatları həyata keçirilir. Xerson istiqamətində isə daha çox müdafiə-istehkam fəaliyyəti həyata keçirilir. 

Burada Rusiyanın əsas məqsədi yaya qədər müəyyən mövqeləri nəzarətə götürmək, yayda isə mövqeləri bir qədər də gücləndirərək, əks hücum edərək Ukraynanın yeni ərazilərini işğal etməkdir”.

Ekspert Rusiyanın ələ keçirdiyi əraziləri sülh yolu ilə geri qaytarmaq ehtimallarını da dəyərləndirib:

“Bunun 2023-cü ildə baş verməsi gözlənilmir. Amma hazırki vəziyyətdə hər hansı bir atəşkəsdən söhbət belə gedə bilməz. Çünki Ukrayna ötən il vasitəçilərin müxtəlif təkliflərinə rədd cavabı verdi. Rusiyada bu məsələdə artıq soyuq davranır. Problemin atəşkəs yolu ilə həll olunması təklifinə hər iki tərəf razı deyil və bu il ciddi atəşkəs sazişinin imzalanması gözlənilmir”.

Ziya Yaqubzadə, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin