Futbol üzrə “Avro-2024”ün seçmə mərhələsinin ikinci turu çərçivəsində keçirilən İsveç - Azərbaycan oyununda erməni təxribatının qarşısı alınıb.
Bizim.Media xəbər verir ki, Stokholmdakı “Friends Arena”da keçirilən matçda stadiona daxil olmuş ermənilər iki dəfə öz bayraqlarını və cəfəng şüarlar yazılmış plakat açmağa cəhd göstəriblər.
Təxribatın qarşısı dərhal azarkeşlərimiz və İsveç polisi tərəfindən alınıb. Yaranan kiçik çaxnaşmaya baxmayaraq təxribatçılar hadisə yerindən uzaqlaşdırılıb.
Bizim.Media