Kanada İrana qarşı sanksiyaları GENİŞLƏNDİRDİ 

Hazırda oxunan: Kanada İrana qarşı sanksiyaları GENİŞLƏNDİRDİ 

127525

Kanada hökuməti daha 8 fiziki və 2 hüquqi şəxsi İrana qarşı sanksiyalar siyahısına daxil edib. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir. 

Məlumata görə, yeni “simalar” Tehranda və İranın şimal-qərbində kobud və sistematik insan hüquqları pozuntularına görə məsuliyyət daşıyırlar və İranda PUA və ballistik raketlərin istehsalı ilə məşğuldurlar. 
Sanksiya siyahısına İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) Tehrandakı komandiri Həsən Həssənzadə, SEPAH-ın Ərdəbil əyalətindəki qüvvələrinin komandiri Qolamhosseyn Mohammadi Asl, SEPAH-ın əməliyyat komandanlığının rəis müavini Abbas Nilforuşan, Tehran polisinin rəisi Abbas-Əli Mohammadian, “Qods Aviation Industries” şirkətinin direktoru Qassem Damavandyan, İran Aerokosmik Sənaye Təşkilatının direktoru Nader Xun Siavaş daxil edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin