Martın 27-də Ukraynanın ərzaq məhsulları yüklənmiş daha üç gəmisi “Taxıl dəhlizi” vasitəsilə Odessa limanlarını tərk edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın İnfrastruktur Nazirliyi məlumat yayıb.
Məlumata görə, gəmilərin göyərtəsində ümumilikdə 54,6 min ton kənd təsərrüfatı məhsulu var və onlar Banqladeşə yola salınıb.
Hazırda Odessa limanlarında 19 gəmi yüklənmə mərhələsindədir. Onlara 680 min ton Ukrayna kənd təsərrüfatı məhsulu yüklənəcək.
Qeyd edək ki, indiyədək “Taxıl dəhlizi” vasitəsilə Ukraynanın 25,9 milyon ton kənd təsərrüfatı məhsulu ixrac edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:34 / 27.03.2023
Ukraynanın taxıl yüklü daha üç gəmisi Odessa limanlarından yola düşüb
Hazırda oxunan: Ukraynanın taxıl yüklü daha üç gəmisi Odessa limanlarından yola düşüb
Hazırda oxunan: Ukraynanın taxıl yüklü daha üç gəmisi Odessa limanlarından yola düşüb
127511
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.