Üç dünya lideri İsraildə HƏDƏFDƏ - FOTO

Hazırda oxunan: Üç dünya lideri İsraildə HƏDƏFDƏ - FOTO

127368

Dünən gecə saatlarında Təl-Əvivdə İsrailin müdafiə naziri Yoav Qalantın istefası elan olunandan sonra başlayan kortəbii etiraz aksiyası artıq 58 min insanı toplayıb. Etirazçılar şəhərin şərqindəki ən böyük magistral olan Ayalon şossesində nəqliyyatın hərəkətini tamamilə bağlayıblar. Qüdsdə etirazçılar Baş nazir Binyamin Netanyahunun iqamətgahına gəliblər. Nümayişçilər polis hasarlarından birini aşmağı bacarıblar və hökumət başçısının evinə 20 metr məsafədən yaxınlaşıblar. 

Bizim.Media xəbər verir ki, İsrailə məxsus Telegram kanallarında mitinqlə bağlı yayılan poster böyük marağa səbəb olub.

Belə ki, posterdə ABŞ-ın sabiq prezidenti Donald Trampın, İsrailin hazırkı baş naziri Binyamin Netanyahunun və Rusiya prezidenti Vladimir Putinin həbsxana paltarında birgə fotoları və “Heç kim hüquqdan üstün deyil” sözləri yer alıb.

Xatırladaq ki, ötən axşam Netanyahu müdafiə naziri Yoav Qalantı işdən çıxarmaq qərarını verib.

Bu, şənbə günü Qalantın həmvətənlərinə xüsusi müraciətindən sonra baş verib və o, müxalifətin etirazına səbəb olan məhkəmə islahatının parlamentdə müzakirəsinin dayandırılmasının tərəfdarı olduğunu bildirib.

Siyasətçinin fikrincə, ölkənin məhkəmə sistemində dəyişikliklər zəruridir, lakin geniş dialoq yolu ilə həyata keçirilməlidir.

O, islahatla bağlı mübahisələr səbəbindən İsrail cəmiyyətində yaranan parçalanmanın artıq İsrail Müdafiə Qüvvələrinin sıralarına dərindən nüfuz etdiyini və milli təhlükəsizliyə təhdid yaratdığını vurğulayıb. Xüsusən də son həftələr islahatla razılaşmayan ehtiyatda olan ordunun hərbçiləri arasında xidmətdən imtina çağırışları daha çox yayılıb.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin