Bu gün səhər, 71 yaşında İsrailin “Mossad”x9d xarici kəşfiyyat xidmətinin keçmiş rəhbəri Meir Daqan vəfat edib.
Moderator.az “jewish.ru”x9d-ya istinadən xəbər verir ki, Meir Daqan 2002-ci ildən 2011-ci ilə kimi xarici kəşfiyyat xidmətinin rəhbəri vəzifəsində çalışıb.
Meir Daqan istefaya getdikdən sonra dəfələrlə İsrailin İrana qarşı hərbi hücum planlarına qarşı çıxır və açıq şəkildə İsrailin Baş naziri Binyamin Netanyahunun yürutdüyü siyasəti tənqid edirdi.
Ramil Həsənli
































































































