“Boeing 757” qəza enişi etdi - Sol mühərriki yanıb

Hazırda oxunan: “Boeing 757” qəza enişi etdi - Sol mühərriki yanıb

12722

ABŞ-ın ən böyük aviaşirkətlərindən biri olan “Delta Air Lines”in “Boeing 757-200” təyyarəsi Solt-Leyk-Siti şəhərinin aeroportunda qəza enişi edib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Mülki Aviasiya Federal İdarəsinin nümayəndəsi WGN telekanalına bildirib.

Məlumata görə, hadisə zamanı heç kim xəsarət almayıb.

Qeyd edilir ki, avialayner sol mühərrikində yaranmış nasazlığa görə məcburi eniş edib. O, Atlantadan Sietlə doğru uçurmuş.

Mülki Aviasiya Federal İdarəsi hadisə ilə bağlı araşdırma aparacaq.

Daha əvvəl bildirilib ki, ABŞ-ın Mülki Aviasiya Federal İdarəsi “Pratt & Whitney PW4000” mühərriki ilə təchiz olunmuş bütün “Boeing 777X” təyyarələrini yoxlamağı tələb edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin